Mujenko: “Rusiya Ukraynanın yalnız ərazilərini zəbt | Icma.az
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş Baş Komandanı, general Viktor Mujenko “Azadlıq Radiosu”na müsahibəsində belə deyib.
O, rusların təkcə qalmaq qərarına gələn insanların yaşadıqları ərazini deyil, həm də Ukraynanın gələcək inkişafı üçün lazım olan resurs bazasını ələ keçirdiklərini vurğulayıb.
- Donetsk, Luqansk, Zaporojye vilayətinin bir hissəsi və Xerson vilayəti ümumölkə ehtiyatları olan faydalı qazıntılar baxımından bütün resurs bazasının təxminən yarısıdır.
Həmin ehtiyatlarla bağlı müxtəlif hesablamalar mövcuddur. Orada 20-25 trilyondan çox sərvət var.
Onların yarısı hazırda işğal altında olan bu ərazilərdədir”, - Mujenko qeyd edib.
Onun fikrincə, müharibənin dondurulması ilə bu ehtiyatlar rusların əlinə keçərsə, bu, Rusiyanın qələbəsi deməkdir.
Bu ssenari reallaşsa Rusiya hərbi əməliyyatlara çəkdiyi xərclərini dəfələrlə artıq ödəyəcək.
Tam oxu
Xəbəri oxu