Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp 2025-ci il Nobel Sülh mükafatı laureatı və Venesuela müxalifətinin lideri Maria Corina Maçadonun ona zəng etdiyini bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə bildirib.
“Mən demədim ki, o, bunu mənə verməlidir. Amma düşünürəm ki, verə bilər”, - ABŞ lideri zarafatla deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bu ilin yayında Nobel Sülh mükafatına namizəd göstərilmişdi. O, dünyanın bir sıra qaynar nöqtələrindəki münaqişələrin həllində yaxından iştirak etdiyini iddia edərək sözügedən mükafatı qazanmaq istədiyini dəfələrlə bəyan etmişdi.