Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Çindən olan və “mukbang” videoları ilə tanınan 24 yaşlı qida bloqeri İn in ağır hipokaliemiya səbəbindən vəfat edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölümündən bir müddət əvvəl o, kalium səviyyəsinin kritik dərəcədə aşağı düşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Bloqerin vəfatı barədə məlumatı onun valideynləri açıqlayıb. Onların sözlərinə görə, bloqer avqustun 17-də dünyasını dəyişib, lakin onun sosial media hesablarında bu barədə məlumat gec paylaşılıb.
O, sonuncu videosunu ölümündən üç gün əvvəl – avqustun 14-də yayımlamışdı. Həmin videoda bloqer kalium itkisi səbəbindən yenidən xəstəxanaya düşdüyünü izah edirdi. O qeyd etmişdi ki, qanındakı kaliumun konsentrasiyası bir məqamda 2,3 mmol/l səviyyəsinə qədər enmişdi. Bu çatışmazlıq ürəyin dayanmasına səbəb olub.