Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda hava şəraitinin dəyişkənliyi, yüksək temperatur, son günlərdə qeydə alınan duman müxtəlif suallar yaradır.
Moderator.az xəbər verir ki, sualları ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva cavablandırıb.
- Umayra xanım, ilin bu dövründə dumanlı hava şəraiti nə ilə izah olunur?
- Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır.
Məlumat üçün qeyd edim ki, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb.
Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır.