“Mülki əhaliyə qəsdən zərbə endirmirik” FOTO

15.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İsrail Baş nazirinin ofisi “Hizbullah”ın Livanda atəşkəs rejimini pozduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda bildirilir ki, bu gün səhər saatlarında “Hizbullah” İsrailin sərhədyanı yaşayış məntəqələrini qoruyan təhlükəsizlik zonasındakı İsrail hərbçilərinə hücum edib.
Nəticədə üç israilli hərbçi ağır yaralanıb.
Buna cavab olaraq İsrail Müdafiə Ordusu (IDF) hücuma göstəriş verən “Hizbullah” üzvlərinin qərargahına zərbə endirib.
 

İsrail tərəfinin iddiasına görə, daha sonra məlum olub ki, “Hizbullah” hərbi obyektin ərazisinə qəsdən mülki şəxsləri yerləşdirib.


Netanyahunun ofisi “Hizbullah”ı mülki şəxslərdən “canlı qalxan” kimi istifadə etməkdə və bununla İsrailin mülki əhaliyə qəsdən zərbə endirdiyi barədə yanlış təsəvvür yaratmağa çalışmaqda ittiham edib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью