Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qara dənizdə gəmilərə qarşı dron hücumlarının artmasından narahat olan Rusiya rəsmiləri maraqlı təkliflə çıxış ediblər.
Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, gəmilərin mühafizəsi üçün iriçaplı pulemyotlar və raket qurğuları quraşdırmaq, xarici səthi zirehlə örtmək və göyərtədə qum kisələri saxlamaq təklif edilir. Hazırda hərbi instansiyalar bu məsələ ilə bağlı tərsanə sahibləri ilə danışıqlar aparırlar.
Bundan başqa, gəmilərin Azov dənizində müəyyən ərazilərdə hərbçilər tərəfindən müşayiət edilməsi də təklif edilir. Hər bir halda xərclər gəmi sahibi tərəfindən ödənilməlidir.
Gəmi sahibləri bu təkliflərə real baxmırlar. Əvvəla, daşınma xərcləri artacaq. Digər tərəfdən, silah və qumla yüklənən gəminin daşıyacağı faydalı yük də azalacaq. Ən əsası isə, Rusiya hüdudlarını tərk edən silahlı gəmini hansı liman mülki gəmi kimi qəbul edəcək?
Vüqar