Mülkləri ilə gündəm olan məmur İstefa verdi

25.09.2026

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.

Hurriyyet.media  “Lent.az”a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Q.Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından da faktı təsdiqləyiblər.

Bildirilib ki, Q.Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qeyd edək ki, son günlər mətbuatda Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub.

Onu da əlavə edək ki, Q.Abdullayev həmçinin Naxçıvan Ali Məclisinin deputatıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью