Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir. Tanınmış almaniyalı hücumçu Tomas Müller qərarını dəyişib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport Germany" yayıb.
Məlumata görə, "Bayern Münhen"dən ayrılan 35 yaşlı futbolçu karyerasını bitirmək variantından vaz keçib.
Mənbə Tomasın yaxın 10 gün ərzində MLS təmsilçilərindən biri ilə müqavilə bağlayacağını vurğulayıb.
Bu klublardan birinin "Los Anceles" olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Müller 10 yaşından formasını geyindiyi "Bayern"in əsas komandasında bütün turnirlərdə 756 matça çıxaraq 250 qol və 276 məhsuldar ötürmə ilə yadda qalıb.
O, Almaniya nəhəngi ilə 33 titul qazanıb. Nihat Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.