Müller Kross və Giqqsə çatdı

05.05.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Bavariya” 2024/25 mövsümü üçün Almaniya çempionu olub.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 34-cü dəfə Bundesliqanın qalibi oldu. “Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller karyerasında 34-cü kubokunu qazanıb. O, “Real”ın keçmiş almaniyalı futbolçusu Toni Kroosun rekordunu təkrarlayıb.

Müller həmçinin Avropanın ən yaxşı beş liqasında qazanılan qızıl medalların sayına görə “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqsə çatıb (13).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью