Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Müllerdən ardıcıl ikinci oyunda qol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
“Vankuver”un futbolçusu Tomas Müller MLS-də “Sietl”lə keçirilən oyunda fərqlənib.
QOL.az xəbər verir ki, 36 yaşlı almaniyalı yarımmüdafiəçinin komandası görüşdə 2:0 hesabı ilə qalib gəlib. Müller də matçda fərqlənib.
Bu, Müllerin MLS-də ardıcıl ikinci oyunda vurduğu qol olub. O, daha əvvəl aprelin 18-də “Kanzas Siti” ilə matçda (3:0) fərqləndikdən sonra 5 oyunluq qolsuz seriya yaşamışdı.
“Bavariya”nın sabiq futbolçusu MLS-in cari mövsümündə 15 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.