Müllerin gələcəyi bəlli oldu

29.09.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya”nın və Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Tomas Müller MLS təmsilçisi “Vankuver Uaytseps”də qalmağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə Kanada klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı futbolçu ilə bağlanan yeni müqavilənin müddəti 2027-ci ilin yazına qədər nəzərdə tutulub.

Tomas Müller 2025-ci ilin avqustunda azad agent kimi “Bavariya”dan Vankuver təmsilçisinə keçib. Təcrübəli yarımmüdafiəçi bu müddət ərzində “Uaytseps”in heyətində bütün turnirlərdə 45 rəsmi matçda meydana çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı almaniyalı futbolçunun hazırkı transfer dəyərini 4 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью