Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda dünyanın ən varlı adamı hesab edilən İlon Mask sərvətini inkar edən sadə və eyni zamanda qeyri-ənənəvi həyat tərzi ilə yenidən gündəmdədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Tesla", "SpaceX" və "X"in CEO-su dəbdəbəli malikanə əvəzinə cəmi 50.000 dollara və 35 kvadratmetr ölçüyə malik prefabrik evdə yaşayır.
Üstəlik, bu kiçik evi 12 uşağı ilə bölüşür. Maskın evi "SpaceX"in Texas ştatının Boka Çikadakı buraxılış yerinə çox yaxındır.
"La Casita" adlanan bu kiçik ev prefabrik evlər istehsal edən "Boxabl" şirkəti tərəfindən tikilib.
Təxminən 6x6 metr sahədə tikilmiş evdə mətbəx; hamam, oturma sahəsi və yataq otağı var.
Ultra davamlı materiallardan hazırlanmış bu ev hətta qasırğalara da davamlıdır.
Məlumata görə, Maskın bu evdə yaşamaq üçün üç əsas motivi var.