MumbaydanMünhenə uçan “Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib

22.11.2024

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Lufthansa” aviaşirkətinin Mumbay–Münhen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub

Beynəlxalq hava limanından verilən xəbərə görə, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью