MumbaydanMünxenə uçan “Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib AZƏRTAC

22.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 noyabr, AZƏRTAC

“Lufthansa” aviaşirkətinin Mumbay–Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub

Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью