Mümkün qədər tez uğur əldə etmək istəyirəm Mançini

21.09.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

İtaliya millisinin baş məşqçisi Roberto Mançini komanda ilə bağlı ambisiyalarından danışıb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis ikinci dəfə milli komandaya rəhbərlik edir. O, daha əvvəl 2018-2023-cü illərdə yığmada çalışıb. Onun rəhbərliyi altında italiyalılar AVRO-2020-nin qalibi olublar.

“Qələbələrin əsas şərti oyundan zövq almaq və yaxşı futbol nümayiş etdirməkdir. Mən dominantlıq edəcək komanda yaratmaq istəyirəm.

Əminəm ki, qarşıdakı dörd ildə kubok qazanacağıq. Mən buradayam ki, mümkün qədər tez uğur əldə edim”, – Mançini mətbuat konfransında deyib.

Xatırladaq ki, İtaliya millisi oktyabrda Millətlər Liqasında Belçika, Türkiyə və Fransa ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью