Münaqişə bitməyincə Ukraynada seçkilər mümkün deyil Kallas

12.10.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Ukraynada seçkilər yalnız döyüşlər dayandırıldıqdan sonra mümkün olacaq.

Adalet.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. 

"Seçkilər keçirilə bilməz. Anladığım qədəriylə, Ukrayna Prezidenti Volodimir Zelenski də atəşkəs olarsa, seçkilər keçirməyə hazır olduğunu bildirib", - deyə Kallas "European Pravda" qəzetinə istinadən bildirib.

Kallas həmçinin vurğulayıb ki, onun fikrincə, beynəlxalq tərəfdaşlar səylərini münaqişənin sona çatmasına yönəltməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью