Icma.az, Missiya.az saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsində kompromis tapmaq olar.
Missiya.Az xəbər verir ki, bu barədə "İntrerfaks" məlumat yayıb.
O bildirib ki, bu cür variantlar ABŞ Prezidenti Donald Trampla Alyaskada danışıqlar zamanı müzakirə edilib:
"Münaqişənin bitəcəyi təqdirdə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi variantları var. Bu, bizim Ankoricdə də müzakirəmizin mövzusu idi. Və mənə elə gəlir ki, burada konsensus tapmaq imkanı var"- deyə Rusiya lideri əlavə edib.
Nurlana Əhmədova
Missiya.Az