Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Kiyev rejimi Ukraynadakı münaqişənin həlli ilə bağlı dialoqu pozur və bunda Böyük Britaniya və Avropa İttifaqı tərəfindən dəstəklənir”.
KONKRET.az-ın xəbərinə görə, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev deyib.
Hazırda ABŞ-da səfərdə olan Dmitriyev, “məhz Ukrayna danışıqları gecikdirir. Məhz Ukrayna problemləri, yığılıb qalmış problemləri həll etməkdən imtina edir”, – deyə Dmitriyev qeyd edib.
O vurğulayıb ki, Rusiya tərəfi ABŞ administrasiyasına münaqişənin həlli üzrə dialoqu pozanın Böyük Britaniya və Aİ-nin dəstəyi ilə Kiyev olduğunu çatdırmaq niyyətindədir.
Dəniz Pənahova
KONKRET.az