Münasibətləri pisləşdi, pandalar ortada qaldı

26.01.2026

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tokio ilə Pekin arasında münasibətlərin pisləşməsi və son illərin ən aşağı nöqtəsinə çatması səbəbindən Yaponiya bu həftə pandaları Çinə qaytarır.

"Unikal" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Heyvanlar sabah yola salınacaq. Bununla da Yaponiya pandasız qalacaq və yeni pandaların peyda olma ehtimalı hazırda çox azdır.

Bu gün Tokionun Ueno Zooparkında pandaları görmək üçün çoxlu sayda  insan toplaşıb. Zoopark pandaları görmək istəyən çoxlu insan olduğu üçün ərazidə hər ziyarətçiyə bir dəqiqəlik məhdudiyyət qoyub.

Pekin digər ölkələrə pandalar təqdim etsə də, bütün balaları da daxil olmaqla, mülkiyyət hüququnu özündə saxlayır. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью