Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan-ABŞ münasibətlərinin tarixi müstəqilliyimizin ilk günlərindən başlayıb.
Maraqlıdır ki, Azərbaycan dövlət müstəqilliyini elan edəndə ABŞ-da hakimiyyətdə respublikaçılar idi.
Bu ölkənin hakimiyyətləri arasında Azərbaycanla konstruktiv əməkdaşlıq edən partiya Respublikaçılar olub.
Bu ilin noyabrın 5-də keçirilən seçkilərdə Respublikaçı Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildi və demokratların ölkəmizə olan qeyri-müəyyən siyasəti ən azından 4 il ərzində bloklaya bildi.
Demokratların hakimiyyəti barəsində belə düşünməyə bizi vadar edən çoxlu nüanslar var.
Co Bayden prezidentliyə başlamasının ilk günündən Azərbaycana qarşı qərəzli və əsasən erməni lobbisinin tərtibinə uyğun mövqedə dayandı, ikili standartlara rəvac verdi, Ermənistan-Azərbaycan savaşında işğalçıya dəstək oldu, ermənilərin törətdikləri cinayətləri görməzdən gəldi”.
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Deputat bildirib ki, bu siyasəti ilə Bayden hakimiyyəti ABŞ tarixinə qara ləkə kimi düşəcək: “Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edib və onu təbrik edib.