Münasibətlərini təsdiq etdilər

14.11.2026

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

37 yaşlı aktrisa Dakota Conson və Meqan Foksun keçmiş sevgilisi, musiqiçi Machine Gun Kelly münasibətlərini təsdiqləyiblər.
OLAY yazır ki, cütlük Los-Ancelesdə gecə saatlarında sənətçinin studiyasını birlikdə tərk edərkən paparatsiyaların obyektivinə tuş gəlib.

Görüntülərdə 36 yaşlı Kolson Beykerin pilləkənlərlə enərkən aktrisanın əlindən tutaraq ona kömək etdiyi görünür. Dakota Conson isə həmin an gülümsəyərək ona baxır.

Onların sevgili olması ilə bağlı şayiələr son iki ay ərzində gündəmdə olsa da, məşhurlar bu barədə indiyədək heç bir açıqlama verməyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью