Mundial onun üçün erkən sona çatdı

20.06.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone böyük bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, o, DÇ-2026-nın Qətərlə keçirilən oyununda (6:0) ciddi zədə alıb. 53-cü dəqiqədə rəqib futbolçu Assim Madibo ilə toqquşmadan sonra Konenin sol ayağı ağır zədələnib. Futbolçu meydanı xərəkdə tərk edib. Hakim Madiboya birbaşa qırmızı vərəqə göstərib.
İsmaelin dünya çempionatında bir daha meydana çıxmayacağı ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью