Mundial tarixinin ən sürətli 2 ci qolu

15.06.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveç millisinin yarımmüdafiəçisi Mattias Svanberq DÇ-2026-da Tunisə qarşı keçirilən oyunda maraqlı göstərici ilə yadda qalıb.

Milli.Az xəbər verir ki, 27 yaşlı futbolçu 5:1 hesabı ilə başa çatan görüşün 84-cü dəqiqəsində meydana daxil olub və cəmi 18 saniyə sonra rəqib qapısına yol tapıb.

"Opta"nın məlumatına görə, bu, 1966-cı ildən bəri dünya çempionatlarında əvəzetmədən meydana çıxan futbolçular arasında qeydə alınan ikinci ən sürətli qoldur.

Bu göstərici üzrə rekord isə Uruqvay millisinin sabiq hücumçusu Riçard Moralesə məxsusdur. O, DÇ-2002-nin qrup mərhələsində Seneqalla keçirilən matçda oyuna daxil olduqdan 16 saniyə sonra fərqlənmişdi.
Milli.Az
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью