Mundial tarixinin yeni kralı olmağına bircə qol qaldı!

17.06.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mundial tarixinin yeni kralı olmağına bircə qol qaldı!

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixinin rekorduna şərik çıxıb.

QOL.az xəbər verir ki, 38 yaşlı hücumçu DÇ-2026-nın J qrupunda Əlcəzairlə oyunda (3:0) het-trik edərək mundiallardakı qollarının sayını 16-ya çatdırıb.

Bununla da Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin rekordunu təkrarlayıb. Kloze də dünya çempionatlarının final mərhələlərində 16 qol vurub.

Dünya çempionatları tarixində ən çox qol vuran futbolçular siyahısında növbəti pillələrdə Ronaldo (15 qol), Gerd Müller (14 qol) və Kilian Mbappe (14 qol) qərarlaşıblar.

Qeyd edək ki, Messi DÇ-2026-da daha bir qol vuracağı təqdirdə dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью