futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edəcək 29 komanda məlumdur.
Futbolpress.az xəbər verir ki, seçmə mərhələnin V turunda Ukraynanı darmadağın edən (4:0) Fransa yığması mundiala vəsiqəni təmin edib. Fransızlar iştirak hüququ qazanan 29-cu kollektivdir.
Buna qədər isə Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d’İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib.