Mundialda açılış oyunu Meksikadan 2 ci qol

12.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Mundialda açılış oyunu - Meksikadan 2-ci qol

Bu gün futbol üzrə 23-cü dünya çempionatı start götürüb. Əvvəlcə turnirin rəsmi açıllş mərasimi olub. 

QOL.az-ın xəbərinə görə, ilk dəfə olaraq mundial 48 komandanın (əvvəllər 32) iştirakı ilə 3 fərqli ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunur. Bu, futbol tarixinin ən böyük mundialı sayılır.

Dünya çempionatında 104 oyun olacaq və onlar 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda var. Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala vəsiqə əldə edəcək.

Açılış oyunu bu gün A qrupunda Meksika ilə CAR arasındadır. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçiriləcək. Final isə iyulun 19-u ABŞ-a, Nyu-Yorkdakı “MetLife Stadium”a təyin edilib.

A qrupu

23:00. Meksika - CAR - 2:0 (İkinci hissə)

Qollar: Xulian Kinyones, 9, Raul Ximenez, 67

Qırmızı vərəqələr: Yaya Sizole, 49 (CAR), Zemba Zvane, 84 (CAR)
Baş hakim: Vilton Sampayo (Braziliya)

12 iyun

06:00. Cənubi Koreya – Çexiya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью