Icma.az bildirir, Qol.az portalına istinadən.
Mundialın açılışında bədbəxt hadisə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
DÇ-2026-nın açılış oyunu öncəsi Meksikada bədbəxt hadisə baş verib.
QOL.az “Mileno”ya istinadən xəbər verir ki, Almaniyadan olan azarkeş stadionun girişində infarkt keçirib.
81 yaşlı futbol həvəskarına dərhal tibbi yardım göstərilib və o, Milli Kardiologiya İnstitutuna çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Almaniya vətəndaşı mundialın açılış matçını izləmək üçün xüsusi olaraq Mexikoya gəlibmiş.
Qeyd edək ki, DÇ-2026-nın ilk oyununda Meksika millisi CAR yığmasını 2:0 hesabı ilə məğlub edib.