Mundialın ən tənbəl futbolçuları

06.07.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lionel Messi və Kilian Mbappe mundialda faiz nisbətilə ən az qaçan futbolçulardır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "OptaJoe" dərgisinin hesablamasından sonra məlum olub.

Argentinalı ulduz meydanda qət etdiyi məsafənin təxmini  yarısını - 47 faizini yeriyib. Fransalı Mbappedə isə bu göstərici 45 faizdir. Hesablama mundialda ən azı 150 dəqiqə meydanda olan futbolçular arasında aparılıb. Maraqlıdır ki, gəzə-gəzə oynamaqlarına baxmayaraq, hər iki futbolçunun aktivində 7 qol var və bombardirlər siyahısına başçılıq edirlər.

Qeyd edək ki, ən zəhmətkeş futbolçular İngiltərə millisinin bu iki üzvü - Harri Keyn və Deklan Rays hesab olunur. Onlar turnirboyu 43 kilometrdən çox məsafəni qət ediblər.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью