Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı

27.05.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı

Kanada millisi amerikalı baş məşqçi Cessi Marşın müqaviləsini yeniləyib.

QOL.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yığmanı 2030-cu ilə qədər çalışdıracaq.

Qeyd edək ki, Marşın rəhbərliyi altında Şimali Amerika təmsilçisi 2026-cı il dünya çempionatında iştirak edəcək. Xatırladaq ki, turnir iyunun 11-dən iyulun 19-dək Meksika, ABŞ və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək. Kanada yığması mundiala ev sahibi statusunda qatılır.

Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Kanada milli komandası İsveçrə, Qətər, həmçinin Bosniya və Herseqovina yığmalarına qarşı mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью