Mundialın istefa dalğası Koubekdən də yan keçmədi

29.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mundialın istefa dalğası Koubekdən də yan keçmədi

Çexiya millisi baş məşqçi Miroslav Koubeklə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyası məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Koubek 2025-ci ilin dekabrından yığmanı çalışdırırdı. Onun rəhbərliyi altında Çexiya millisi pley-offda İrlandiya və Danimarkanı məğlub edərək son 20 ildə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.

Buna baxmayaraq yığma DÇ-2026-nı uğursuz çıxışla başa vurub. Çexiya qrup mərhələsində Cənubi Koreyaya uduzub (1:2), CAR-la heç-heçə edib (1:1), Meksikaya isə 0:3 hesabı ilə məğlub olaraq 1 xalla turnirlə vidalaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью