Mundiallar tarixində yeni rekord 6,8 milyon...

20.07.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mundiallar tarixində yeni rekord - 6,8 milyon...

DÇ-2026 bütün dövrlərin ən çox izlənilən dünya çempionatı olub.

QOL.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın 104 oyununu ümumilikdə 6 810 966 azarkeş stadiondan izləyib.

Turnirin finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. "Metlayf" stadionunda keçirilən həlledici qarşılaşmanı 80 663 azarkeş izləyib.

Beləliklə, DÇ-2026 dünya çempionatları tarixində ümumi tamaşaçı sayına görə yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord 1994-cü ildə ABŞ-da keçirilən mundiala məxsus idi. Həmin turnirin oyunlarını ümumilikdə 3 587 538 azarkeş stadiondan izləmişdi.

Qeyd edək ki, növbəti dünya çempionatı 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay isə turnirin açılış oyunlarından hərəsinə bir matç ev sahibliyi edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью