Münhen hava limanı bağlandı − Naməlum dron

30.05.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Münhen hava limanı səhər saatlarında bütün gələn və gedən uçuşları dayandırıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu, təyyarələrdən birinin pilotlarının şübhəli bir əşya barədə məlumat verməsindən sonra baş verib. 
“Bild”in məlumatına görə, hava limanının yaxınlığında pilotsuz uçuş aparatının aşkar edildiyi iddia edilir.
Polis rəsmiləri hava limanının fəaliyyətinin dayandırılması qərarının ehtiyat tədbiri olaraq qəbul edildiyini vurğulayıb. Şübhəli heç bir şey aşkarlanmadıqdan sonra gələn və gedən uçuşlar bərpa edildi.
Hava limanı təxminən bir saat bağlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью