Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Bavariya” klubunun “Borussiya”nın (Dortmund) futbolçusu Niko Şlotterbeki transfer etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
QOL.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
“Bavariya”nın idman direktoru Kristof Froynd “Borussiya”nın (Dortmund) mərkəz müdafiəçisi Niko Şlotterbekin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Klub rəsmisi 26 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirsə də, hazırkı heyətdən razı olduqlarını vurğulayıb.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxan Şlotterbek 2 məhsuldar ötürmə ilə yadda qalıb.