futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyada mövsümöncəsi hazırlıq çərçivəsində “Bavariya” və “RB Leypsiq” komandaları “Telekom Kuboku” uğrunda yoldaşlıq görüşündə üz-üzə gəliblər.
Futbolpress.az xəbər verir ki, Münhendə baş tutan qarşılaşma “Bavariya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Münhen təmsilçisinin heyətində Luis Dias (14), Nataniel Braun (58) və Camal Musiala (81) fərqləniblər. Saksoniyalıların təsəlli qoluna isə 53-cü dəqiqədə Brayan Qruda imza atıb.