Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Bavariya”nın ulduz hücumçusu Harri Keynlə bağlı mühüm addım atmağa yaxındır. Tərəflər yeni sözləşmənin şərtləri üzrə şifahi razılıq əldə ediblər.
Futbolpress.az xəbər verir ki, insayder Maykl Bricin yaydığı məlumata görə, İngiltərə millisinin kapitanı Almaniya “nəhənginin” yeni təklifinə müsbət cavab verib.
Tərəflər arasında əməkhaqqı məbləği və müqavilənin müddəti ilə bağlı bütün detallar tam razılaşdırılıb. Hazırda sənədlər hüquqşünasların nəzarətindən keçir və qısa müddətdə rəsmi imzalama mərasiminin baş tutacağı gözlənilir. Yeni müqavilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.