Münhendə qərar tutdu

31.05.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nəhayət, Conatan Tanın yeni klubu müəyyənləşib.
“Bavariya” “Bayer-04”ün futbolçusu ilə razılaşıb.

"Football-plus.az" xəbər verir ki, Münhen klubunun rəhbərliyi onunla müddəti 2029-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə anlaşıb.
Hazırda 29 yaşlı mərkəz müdafiəçisinin tibbi müayinədən keçməsi qalıb. O, “Bavariya”ya azad agent statusunda keçəcək.
Qeyd edək ki, Conatan bir müddət daha əvvəl “Barselona” ilə prinsipial razılığa gəlmişdi. Lakin kataloniyalıların maliyyə problemləri səbəbindən transfer reallaşmamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью