Münhendə qocalar evində baş verən yanğında 7 nəfər xəsarət alıb Doğru Xəbərlər

24.12.2024

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Münhen şəhərində qocalar evində baş verən yanğında 7 nəfər xəsarət alıb.

Bu barədə Bild yazır.

“60 nəfər qocalar evindən təxliyə edilib. Onlardan yeddisi yaralanıb”, – materialda deyilir.

Yanğın nəticəsində binanın bir hissəsi dağılıb, üst mərtəbə və taxtadan olan zəng qülləsi yanır. Hadisə yerində 100-dən çox yanğınsöndürən var.

Bildirilir ki, bina memarlıq abidələri siyahısına daxildir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью