Münhendəki uğursuz seriya bu gün qırıla bilər?

06.05.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Münhendəki uğursuz seriya bu gün qırıla bilər?

Çempionlar Liqasında "Bavariya" PSJ üçün arzuolunmaz rəqiblərdən sayılır.

QOL.az xəbər verir ki, statistikaya əsasən Paris təmsilçisi Münhendə Almaniya klubuna qarşı keçirdiyi 7 oyunun 5-də məğlub olub. Bu qələbələrin əksəriyyətində "Bavariya" rəqibini 2 və ya 3 top fərqi ilə üstələyib.

Qeyd edək ki, bu gün yarımfinalın cavab oyununda "Bavariya" öz meydanında PSJ-ni qəbul edəcək. "Münhen Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, tərəflər arasında ilk görüşdə PSJ 5:4 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью