Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dayo Upamekanonun növbəti mövsümdən İspaniyada oynamaq şansı var.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın mərkəz müdafiəçisi karyerasını “Real”da davam etdirə bilər. “Footmercato” nəşrinin jurnalisti Santi Aunanın X sosial şəbəkəsində yaydığı məlumata görə, “kral klubu” fransalı futbolçu ilə müqavilə şərtləri üzrə şifahi razılığa gəlib. Madrid təmsilçisi oyunçu tərəfinə onun bütün tələblərini qəbul etməyə hazır olduğunu bildirib.
27 yaşlı müdafiəçinin “Bavariya” ilə müqaviləsinin müddəti gələn ilin yayında sona çatacaq və o, azad agent statusu qazanacaq. Buna baxmayaraq, Münhen klubu futbolçunu komandada saxlamaq üçün müqaviləni yeniləməyə çalışır.
Upamekano cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 1 qol vurub