Munir İrana çağırış etdi Əks halda döyüşə girəcək!

18.09.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir dəfələrlə İran rəsmilərini husilərin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Pakistan rəsmiləri Tehrana bildiriblər ki, Səudiyyə Ərəbistanı Məkkə Müdafiə Sazişinə əsasən rəsmi müraciət edərsə, İslamabad ölkənin müdafiəsi üçün tədbir görməyə məcbur qala bilər.

Mənbə vurğulayıb ki, Səudiyyə Ərəbistanı regional ölkələrdən dəstək almağa çalışıb, lakin bu cəhdlər nəticəsiz qalıb.

Hazırkı şəraitdə nə Ər-Riyad, nə də husilər danışıqlar aparmağa hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью