Müntəzəm üzgüçülük yuxu keyfiyyətini yaxşılaşdırır

19.08.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Üzgüçülük yalnız yay aylarında istirahət forması deyil, həm də bədənin ümumi sağlamlığı üçün ən faydalı idman növlərindən biri hesab olunur. 

Redaktor.az xəbər verir ki, mütəxəssislər üzgüçülüyün təsirlərindən life.ru-ya danışıblar.

Mütəxəssislər bildirirlər ki, suyun müqaviməti əzələlər üçün əlavə yük yaratsa da, bu proses oynaqlara zərər vermir. Buna görə də üzgüçülük həm gənclərə, həm də yaşlı insanlara, eləcə də oynaq problemi yaşayanlara tövsiyə olunur. Müntəzəm üzgüçülük yuxu keyfiyyətini yaxşılaşdırır və psixoloji rahatlığa müsbət təsir göstərir.

Üzgüçülük həmçinin çəkiyə nəzarət üçün də effektivdir. Orta intensivlikdə 1 saat üzmək 400-500 kalori yandırmağa imkan verir ki, bu da artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətlidir.

Mütəxəssislər həftədə ən azı 150 dəqiqə üzgüçülük etməyi sağlam qalmaq və orqanizmi gücləndirmək üçün optimal hesab edirlər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью