Münxen Texniki Universiteti BANM ilə əməkdaşlığa maraq göstərir

27.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Münxen Texniki Universitetinin Beynəlxalq ofisinin İcraçı direktoru Friederike Hettinger və Strategiya və inkişaf üzrə rəhbəri Georgeta Auktor ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BANM-dən bildirilib.

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi, tədris modeli, beynəlxalq standartlara uyğun təhsil sistemi, eləcə də Ali Məktəbin üstünlükləri və nailiyyətləri barədə məlumat verib. Rektor qeyd edib ki, BANM məzunlarından bir neçəsi Münxen Texniki Universitetində magistratura təhsillərini uğurla başa vurublar. Elmar Qasımov Münxen Texniki Universiteti ilə əməkdaşlıq niyyətini ifadə edib və bu əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Münxen Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində yaradılmış müasir tədris mühiti, infrastruktur və tələbələr üçün təmin olunan şəraiti yüksək qiymətləndiriblər. Qonaqlar BANM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə perspektiv əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью