Müqavilə imzalamaq indiki məqamda çətindir

01.12.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Floridada keçirilən görüş Ukrayna tərəfinin danışıqlara hazır olduğunu nümayiş etdirir. Ukrayna nümayəndə heyətinin səfərindən əvvəl Rusiya tərəfi ABŞ-ın Ukrayna, Aİ və Böyük Britaniya ilə məsləhətləşmələrdən sonra hazırladığı danışıqlar mövqeyini aldığını bəyan edib. Bu gün ABŞ-ın xüsusi nümayəndəsi Moskvada məsləhətləşmələrə başlayacaq.

Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.

"Aydındır ki, Kremlin əsas tələblərini Ukrayna, Aİ və Böyük Britaniya rəhbərliyinin mövqeləri ilə uzlaşdırmaq mümkün deyildi. İnanıram ki, dekabr ayı üçün ən çox ehtimal olunan ssenari davamlı diplomatiya və davamlı məsləhətləşmələrdir. Müqaviləni imzalaya biləcək yüksək səviyyəli rəsmilər arasında görüş gözləmək indiki məqamda çətindir".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью