Müqaviləsi uzadıldı, sonra icarəyə verildi

28.08.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Barselona” qapıçısı İnyaki Penya ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı qolkiperin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.

“Barselona” ispan qapıçını bir mövsümlük “Elçe”yə icarəyə verib.

Penya ötən mövsümdə 23 oyunda 25 qol buraxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью