Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur: “Stajın bərpa olunması mümkün deyil.
Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər.
Əmək müqaviləsi olduqda isə dövlət bunu qoruyur, sığorta mexanizmləri tətbiq edir.
Bu səbəbdən işəgötürənlər və işçilər arasında mütləq şəkildə müqavilə imzalanmalıdır”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.