Müqəddəs Məkkəyə hücum CƏHDİ

16.09.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı tərəfi husilərin Məkkəyə zərbə endirməyə cəhd etdiyini bildirib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, rəsmi Ər-Riyad bunun 2017-ci ilin iyulunda ballistik raketin buraxılmasından sonra müqəddəs şəhərə qarşı ikinci belə cəhd olduğunu bildirir.

Husilər isə İslam dünyası üçün müqəddəs olan Məkkəyə hücum etməyə çalışdıqları barədə ittihamı rədd edib və dini obyektləri hədəfə almadıqlarını açıqlayıblar.

Hadisə Səudiyyə Ərəbistanı ilə husilər arasında qarşıdurmanın kəskinləşdiyi bir vaxtda baş verib. Bundan əvvəl Məkkə və Ciddədə hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıqlar edilib.

Son günlər husilər Səudiyyə Ərəbistanının ərazisindəki digər obyektlərə də zərbələr endirib. Ər-Riyad isə öz növbəsində Yəmən ərazisinə zərbələri yenidən bərpa edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью