Milli.az saytına istinadən Icma.az xəbər verir. Mən Müqəddəs Taxt-Tacın xüsusən də inteqral ekoloji təhsil sahəsində sadiqliyini və dəstəyin
Milli.Az xəbər verir ki, bunu COP29 sammiti çərçivəsində çıxışı zamanı Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin deyib.
P.Parolin zəngin ölkələri "keçmiş qərarlarının çoxunun ciddiliyini dərk etməyə" çağırıb və onları heç vaxt ödəyə bilməyəcək ağır borcu olan ölkələrin borclarını silmək barədə düşünməyə çağırıb.
"Bu, səxavət məsələsindən daha çox, ədalət məsələsidir" - deyən Parolin, hərəkətə başlamağa çağırışın birbaşa Papa Fransiskdən gəldiyini vurğulayıb.
"Xüsusilə artıq böyük iqtisadi borcla yüklənmiş bir çox ölkələrin inkişaf və uyğunlaşma potensialını daha da sarsıtmayan həllər tapmaq üçün səylər göstərilməlidir", deyən kardinal iqtisadi və ekoloji borcları "eyni medalın iki üzü" adlandırıb.
O vurğulayıb ki, tarixi kommersiya balanssızlıqları ekoloji problemlərə, qlobal Cənuba qeyri-mütənasib şəkildə təsir edən gərginliklərə səbəb olub.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.