Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Bakının əsas katolik kilsəsində – Müqəddəs Məryəm Katolik Kilsəsində keçirilən Müqəddəs Messaya başçılıq edib.
Gununsesi.info xəbər verir ki, bu gün Bakıda katoliklərin Milad bayramını qeyd etməyə hazırlaşdığı kilsə ilinin xüsusi dövründə – Adventin III Bazar günündə Müqəddəs Messa mərasimi keçirilib.
Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsiosu arxiyepiskop Marek Solçinski və Bakı Müqəddəs Məryəm Katolik Kilsəsinin ruhaniləri mərasimdə iştirak ediblər.
Arxiyepiskop Qallager xütbə ilə müraciət edib. Gununsesi.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.