Müraciətlər həllini tapır...

23.06.2026

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanlara yaxşılıq etmək, onların qayğısına qalmaq, problemlərinin həllinə yardımçı olmaq Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü, millət vəkili Rəşad Mahmudovun əsas həyat amalıdır. Qəlb dünyası Vətəninə, xalqına sevdalanan şəxsiyyət Astara rayonunda vətəndaşlarla qəbul keçirəndə bir daha bunun şahidi olursan. Xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərlə ürəklərə yaxşı yol tapa bilir, əlindən gələn mənəvi, maddi yardımı heç kimdən əsirgəmir. Necə deyərlər, xalqına, el-obasına təmənnasız münasibəti hər əməllində görünür.
Rəşad Mahmudovun öz seciciləri ilə növbəti görüşü Astara şəhərində Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasında baş tutdu. Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak edirdi.
Qəbul zamanı vətəndaşlar əsasən sosial məsələlər, məşğulluq, sağlamlıq və digər ictimai əhəmiyyətli mövzularla bağlı Rəşad Mahmudova müraciət etdilər. Müraciətlərin bir qismi yerində araşdırılaraq həllini tapdı, əlavə araşdırma və müdaxilə tələb edən məsələlər isə aidiyyəti dövlət qurumlarına yönəldildi.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərova bildirdi ki, Rəşad Mahmudovun insanlığa məhəbbəti, özündən çox özgələri barədə düşünmək “istedad”, həmçinin yüksək təşkilatçılıq bacarığı, qəlbən, ruhən xalq adamı olması həmişə onun fəaliyyətinə uğur gətirir . Məhz bu gündə belə oldu. Səmimi keçən qəbildə çox məsələlər yoluna qoyuldu, bununla da millət vəkili nəcib insan, fədakar ziyalı, xalqını, yurdunu məhəbbətlə sevən bir vətəndaş olduğunu göstərdi.
Onu da deyim ki, hər bir vətəndaşın probleminə həssas yanaşmaq, onları dinləmək və həllinə dəstək göstərmək ölkə rəhbəri İlham Əliyevin müəyyən etdiyi dövlət-vətəndaş münasibətləri siyasətinin əsas prinsiplərindən biridir. Bu baxımdan vətəndaş qəbullarının mütəmadi keçirilməsini , insanların müraciətlərinin dinlənilməsini və aidiyyəti qurumlar qarşısında qaldırılmasını Rəşad Mahmudov öz fəaliyyətinin mühüm istiqamətlərindən sayır.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью