“Murad bir həftədi bazada qalır, evə də gəlmir” “Neftçi”nin yerli ulduzunun nənəsi

04.02.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Hava şəraiti necə olur-olsun, “Neftçi”nin bütün oyunlarını stadiondan izləyən bir xanım var. Söhbət flaqmanın gənc vingeri Murad Məmmədovun nənəsi Əfiqə Məmmədovadan gedir.

“Araz-Naxçıvan”la oyundan sonra Əfiqə xanımla rastlaşdıq, saytımız üçün söhbət etdik.
- Bu “Neftçi”də işıq görürsüz? Komanda avrokuboklara gedə biləcək səviyyədədi?
- Bu mövsüm çətin deyərəm, amma gələn il, inşalah, olacaq.
- “Neftçi” böyük hesabla qələbə qazandı. Bəs oyundan razı qaldız?
- Razı qaldım, yaxşı oynadılar. Oyundan-oyuna, yavaş-yavaş inkişaf edirlər.
- Yuri Vernidub gələndən sonra Murad daha çox şans qazanır.
- Yaxşı olacaq, inanıram. Bazada qalır, əlavə məşqlər edir, çalışır. Başqa işi-gücü yoxdu. Muradınkı ancaq futboldu. Bir həftədi bazada qalır, heç evə də gəlmir. İnşallah, yaxşı olacaq.
- Sizcə, bu qədər legioneri olan “Neftçi”də Murad Məmmədov əsas heyətdə oynamağa layiqdi?
- Onu siz məndən yaxşı bilərsiz (gülür). Məncə, hə.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью